AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"YAŞAT" Fondu 1 il ərzində 3 minə yaxın şəhidin 16 minədək ailə üzvünə baş çəkib

  • + A
  • - A
  • 8-12-2021, 12:53

    "YAŞAT" Fondu 1 il ərzində 3 minə yaxın şəhidin 16 minədək ailə üzvünə baş çəkib

    "YAŞAT" Fondunun 11 nəfərdən ibarət Himayəçilik Şurasının üzvü var. İşçi heyət qazi və şəhid ailələrinin üzvləridir. Azadnedia.az xəbər verir ki, bu barədə "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında ASAN sədri Ülvi Mehdiyev bildirib.
    O qeyd edib ki, Fondun saytı fəaliyyət göstərir və orada göstərilən yardımlara dair hesabatlar yer alır:
    “YAŞAT" Fondu 1 il ərzində 3 minə yaxın şəhidin 16 minədək ailə üzvünə baş çəkib, onların problemləri öyrənilib. Bugünədək fonda 65 milyon manat ianə olub. 50 milyon manata yaxın vəsait xərclənib. 11 minə yaxın şəxsin 16 minə yaxın problemini həll edilib”.
    Qeyd edək ki, "YAŞAT" Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR