“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov və ailə üzvləri Cavid Qurbanov və Leyla Qasımova, o cümlədən digər ailə üzvləri şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək məqsədilə yaradılan “YAŞAT” fonduna ianə edib.
“MediaPost” xəbər verir ki, ümumilikdə 40 min manat “YAŞAT” Fonduna vəsait köçürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 8 dekabr 2020-ci il tarixində “YAŞAT” Fondu yaradılıb.
Xatırladaq ki, “Yaşat” Fondu Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.