AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

8 yanvar 2021-ci il tarixində "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib

  • + A
  • - A
  • 7-01-2022, 14:38


    yashat.gov.az portalı və 8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 1 il ötür

    8 yanvar 2021-ci il tarixində "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

    Bu günə qədər Çağrı Mərkəzinə 82 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 15 minə yaxın müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 5000-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 9000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

    Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

    "YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR