AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda cəhənnəmi xatırladan yataqxanada yaşayan ailə çarəsiz durumdadır - Fotolar

  • + A
  • - A
  • 9-01-2022, 21:23


    Aybəniz xanım Sumqayıt şəhərində 41-ci məhəllədə 16 nömrəli yataqxanada yaşayır. Əgər buna yaşamaq demək mümkündürsə... Qubadlı royununun Qaracallı kəndindən qaçqın düşən Aybəniz Səfərova və onun ailəsi 30 ildir bu yataqxanada yaşayır. 30 ildir ailəyə söz verilir ki, qaçqınlar üçün ev tikiləndə sizi evlə təmin edəcəyik. Bina dəfələrlə uçub, hazırda da qəzalı vəziyyətdədir. Vətən müharibəsindən öncə növbəti dəfə ailənin yaşadığı evə baş çəkilib və bildirilib ki, hazır ev qalmayıb, amma tikilən binalar var. Tikintisi başa çatan kimi sizə ev veriləcək. Ailə razılışab. Zatən çarəsiz ailənin razılaşmaqdan başqa çıxış yolu qalmayıb. Sonra Vətən müharibəsi başlayıb, torpaqlarımız işğaldan azad olunub. Ailəyə bildirilib ki, daha heç kimə ev verməyəcəyik, bacardığınız kimi yaşayın. Əvvəllər binada 80 ailə yaşasa da, şəraitsizliyə dözməyib hərə bir yerə köçüb. Qalıb 20 ailə, hansı ki, çox çarəsiz durumdadırlar, getməyə yerləri, kirayə mənzil tutmağa pulları yoxdu. Xanımın bildirdiyinə görə qaz olmadığı üçün hər təlabat elektriklə ödənilir. Sonuncu dəfə bir ay öncə binada yanğın baş verib. Yüklənməyə dözməyən transformator partlayıb. Ailənin xeyli canfəşanlığından sonra 5 bina o yandan kabel çəkilib, elektrik verilişi bərpa edilib. Binada su xətti yoxdu, sakinlər suyu küçədən daşıyırlar. Təmirsiz yataqxana son zamanlar daha bərbad vəziyyətə düşüb, Aybənizin yaşadığı qapısız, pəncərəsiz evin damı da uçub. Qubadlı RİH başçısı Malik İsaov gəlib vəziyyətlə yerində tanış olub, özü də bildirib ki, otağı təmir etmək mümkün deyil, yoxsa köməklik edərdim...
    Ailə istəyir ki, torpaqlarına qayıdana qədər onlara müvəqqəti ev versinlər, ya da dövlət hesabına kirayə mənzil tutulsun, ora köçsünlər. Aybəniz xanımın ailəsi yaşlı anasından və bağırsaq xərçəngindən əziyyət çəkən qızından ibarətdir. Qızının müalicəsi üçün 4 il əvvəl bankdan pul götürən ana hələ də kredit ödəyir. Qızını normal evdə saxlaya bilməməsi də anaya bir dərd olub. Qadın özü də şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir. Şəkillərə baxıb ailənin yaşadığı şəraiti, mətbəxi, ayaqyolunu görəndə adam dəhşətə gəlir. Ömrünün 30 ilini bu şəraitdə yaşayan Aybəniz xanıma 10 il də dözməli olduğunu bildiriblər. 40 yaşlı qadının 10 il sonra 50 yaşı olacaq. Onun günahı nədir ki, ömrünün bütün çağları dözülməz şəraitdə keçdi? Hələ xəstə övladı ilə onu daha neçə belə illər gözləyir... Yataqxanadan köçən ailələrin mənzillərin komendatın əli ilə kirayə verildiyini qeyd edən Aybəniz Səfərova Azadmedia.az-a bildirib ki, binanın ön hissəsi sökülüb, hündürmərtəbəli evlər tikilib. Sumqayıt Şəhər İH qəsdən yataqxanaya əl gəzdirmir ki, tamam dağılsın, məcburi köçkünlər dözməyib çıxsın, yerində yenə də hündürmərtəbəli binalar tikilsin.
    A.Səfərova deyir ki, yeni tikilən binaların qarşısında park salmaq üçün yataqxana mane olur, gözləyirlər yataqxana uçsun, fəaliyyətlərini genişləndirsinlər. Ailə çox narahatdır. Bina başlarına uçsa, kim cavab verəcək? Əli hər yerdən üzülən Səfərovlar ailəsi cənab Prezident İlham Əliyevə, ölkənin Birinci xanımı Mehriban Əliyevaya və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bir daha saytımız vasitəsi ilə müraciət edərək, müvəqqəti yaşayış yeri ilə təmin olunmalarına kömək istədi. İnanırıq ki, xəstə övladı ilə çarəsiz ananın xahişi nəzərə alınacaq.
    Elnurə Abuşova







    Sumqayıtda cəhənnəmi xatırladan yataqxanada yaşayan ailə çarəsiz durumdadır - Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR