Sosial şəbəkələrdə yayılmış imtahanların qrafiki qeyri-rəsmi məlumatdır. Bu barədə
Azadmedia.az-ın sorğusuna DİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə cavab verib. DİM sözçüsü bildirib ki, imtahan tarixləri bir neçə dövlət orqanı ilə razılaşdırılır. Dəqiqləşəndən sonra, tarix bəlli olandan sonra biz elan edirik. Bu gün də biz müəyyən hissəni elan etməyi nəzərdə tuturuq: "Paylaşılan cədvəl qeyri-rəsmidir, imtahanlar orda göstəriləndən fərqli vaxtda keçirilə bilər. İmtahan vaxtını DİM rəsmi səhifəsində paylaşır, yalnız rəsmi məlumata istinad etmək lazımdı".
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.