AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdriklik zirvəsini fəth edən alim - İbrahim Cəfərov 66

  • + A
  • - A
  • 18-01-2022, 23:02

    Müdriklik zirvəsini fəth edən alim - İbrahim Cəfərov 66

    Elmə, təhsilə, haqqa və ədalətə bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən, həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, bütün varlığı ilə düzgünlüyə, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.
    Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirib. Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, yüksək tədqiqatçılıq məharəti, vətənpərvər ictimai fəaliyyəti ilə cəmiyyətdə rəğbət qazanmış belə ziyalılardan biri də akademik İbrahim Cəfərovdur. Şərəfli ömür yolunun 66-ci pilləsinə - müdriklik zirvəsinə yetişən alimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır. Onu yaxından tanıyanlar da birmənalı təsdiq edər ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor, kənd təsərrüfatı elmləri doktoru olan bu ziyalı həyatının ən qaynar illərini 40 ildən artıq dövrünü məhz aqrar elmin, ali təhsilin, ADAU-nun inkişafına sərf edib, cəmiyyətin tərəqqisi, mənəvi yüksəlişi naminə aqrar kadr hazırlığı prosesində yaxından iştirak edib. Aqrar elminin zirvəsinə yüksəlmiş dəyərli alim qida təhlükəsizliyinin qorunması, aqrar sahənin inkişafı naminə dövlətə, xalqa bağlı olan, habelə yüksək mənəvi keyfiyyətləri ilə seçilən aqrar mütəxəssis hazırlığı prosesinə böyük töhfələrini verib.
    Yüksək insani keyfiyyətləri ilə yanaşı, İbrahim Cəfərov həm də xalqa, dövlətə təmənnasız xidməti ilə fərqlənir. O, elm və ali təhsil işçisi kimi üzərinə düşən vəzifələrin öhdəsindən hər zaman müvəffəqiyyətlə gəlib, ictimaiyyətin hörmətini qazanıb
    …İbrahim Cəfərovun özü Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur, kənd təsərrüfatı elmləri doktoru, professordur. O, Azərbaycan Republikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə universitetə rektor təyin edilmiş və bu ali məktəbin sayca 15-ci rəhbəridir.
    O, 1956-cı il yanvarın 20-də Naxçıvan Muxtar Respublika¬sının Şərur rayonunda anadan olmuşdur. 1988-ci ildə Moskvada, K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında əyani aspiranturanı bitirdikdən sonra ADAU-da assistent, dosent, kafed¬ra müdiri, fakültə dekanı, tədris işləri üzrə prorektor vəzifələrində çalışmış, 2013-cü il fevralın 18-dən iyulun 25-dək rektorun səlahiyyətlərini icra etmişdir.
    250-dək elmi əsərin, o cümlədən, dərslik, dərs vəsaiti, monoqrafiyaların müəllifidir. Bir neçə tanınmış xarici ölkə univer¬sitetinin fəxri doktorudur. 2014-cü ilin iyun ayından AMEA-nın müxbir üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmu.dur.
    Sadalananlar böyük ziyalı ömrünün ən qısa təsvidir...

    Prezident İlham Əliyevin aqrar elmə, aqrar gəncliyə və aqrar universitetə göstərdiyi misilsiz diqqət və qayğı nəticəsində son illərdə aqrar universitet sözün əsl mənasında irəli gedərək ölkənin ən sivil və ən qabaqcıl universitetlərindən birinə çevrilib. ADAU-da yaradılan maddi-texniki baza, ən inkişaf etmiş dövlətlərin oxşar ali məktəbləri ilə rəqabətə girəcək gücə sahibdir. Azərbaycanda yeganə kənd təsərrüfatı mütəxəssisi hazırlayan ADAU professor İbrahim Cəfərovun rektorluğu dövründə mövcud olduğu dövrün ən pik nöqtəsini yaşamaqdadır...

    Əsl insan üçün ən xarakterik keyfiyyətlərdən biri də məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Doğum gününün 20 Yanvar hadisələrinə təsadüf etməsi, hər bir insan üçün özəl olan bu günün təntənəsindən 30 ildən artıq müddətdir ki, uzaq olan İbrahim Cəfərov yeniliklərdən, elmi tədqiqatlardan ilham alaraq Vətəni, xalqı naminə yorulmadan çalışır, elmimizin, təhsilimizin mütərəqqi ruhda inkişafına öz töhfəsini verir. İnanırıq ki, elmə səmimi bağlı olan hörmətli rektorumuz bundan sonrakı fəaliyyətində daha böyük zirvələri fəth edə biləcəkdir.

    Cənab rektor, hörmətli professor Ibrahim müəllim Cəfərov Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə möhkəm cansağlığı, firavanlıq, aqrar elmin və aqrar təhsilin inkişafına yönəlmiş ali fəaliyyətinizdə uğurlar diləyirik
    Aytəkin Bağırova,
    ADAU Marketinq kafedrasının müəllimi





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR