AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

EHİM “AmCham”ın üzvləri üçün təqdimat keçirib

  • + A
  • - A
  • 28-01-2022, 16:36

    EHİM  “AmCham”ın üzvləri üçün təqdimat keçirib

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) mütəmadi olaraq ictimai təşkilatlar, banklar, sığorta şirkətləri və biznes nümayəndələri ilə görüşlər keçirir. Maraqlı tərəflərlə keçirilən görüşlərin məqsədi Mərkəz tərəfindən yaradılan rəqəmsal dövlət xidmətləri ilə bağlı ictimaiyyətin, özəl sektorda fəaliyyət göstərən tərəflərin rəy və təkliflərini, habelə istifadəçi rahatlığı baxımından fikirlərini öyrənmək, vətəndaşların yeni yaradılacaq xidmətlərdə e-iştirakını təmin etməkdir. Bu cür görüşlər, həmçinin rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, elektron dövlət xidmətlərini vətəndaşlar arasında təbliğ etmək məqsədi daşıyır.

    Bu cür görüşlərdən daha biri Azərbaycandakı Amerika Ticarət Palatasına (AmCham) üzv şirkətlərin nümayəndələri üçün keçirilib. EHİM-in direktoru Fariz Cəfərov tərəfindən edilən təqdimatda rəqəmsal hökumətin strateji təyinatları, gələcəyə baxış, Mərkəzin funksional öhdəlikləri və əsas fəaliyyət istiqamətləri haqqında geniş söhbət açılıb. Tədbirdə, həmçinin “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN Bridge” Milli Məlumat Mübadiləsi Sistemi, “ASAN ödəniş”, “ASAN Finans” və EHİM tərəfindən yaradılan və idarə edilən digər layihələr haqqında ətraflı məlumat verilib.

    Görüş çərçivəsində EHİM-in direktoru tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR