Paytaxtdakı 45 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Azadmedia.az xəbər verir ki, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.