AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Bankın adından “Whatsapp”da saxta mesajlar yayılır

  • + A
  • - A
  • 14-03-2022, 10:18

    Beynəlxalq Bankın adından “Whatsapp”da saxta mesajlar yayılır

    Azərbaycan Beynəlxalq Bankının 30 illik yubileyi münasibətilə pul udmaq şansı barədə “Whatsapp” vasitəsilə yayılan mesajlar göndərilir.

    Azadmedia.az xəbər verir ki, yayılan mesajlarla bağlı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mətbuat xidmətinin rəhbəti Yadigar Cəfərov Trend-ə bildirib ki, bu paylaşımların ABB-yə heç bir aidiyyəti yoxdur.

    Onun sözlərinə görə, belə yalan çağırışların məqsədi isə müştərilərin fərdi məlumatlarını ələ keçirib, sonra onlardan öz məqsədləri üçün istifadə etməkdir.

    "Müştərilərin bu cür saxta məlumatlara inanmamasını xahiş edirik.ABB-yə aid məlumatlarda əsas mənbə kimi www.abb-bank.az adlı saytımıza və sosial şəbəkələrdəki korporativ səhifələrimizə istinad edilməsi tövsiyə olunur", - deyə Y.Cəfərov əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR