Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli, 124 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Şuşa 270 il” adlı sənədli film ərsəyə gətiriləcəkdir.
Şuşa qalasının təməlinin qoyulmasının 270-ci ildönümünə həsr olunan filmdə mədəniyyət paytaxtımızın yaranma tarixi, unikal coğrafi yerləşməsi və əsrarəngiz təbiəti, Qarabağ xanlığı dövrü, Azərbaycan və bütün Cənubi Qafqazın ictimai-siyasi həyatındakı müstəsna roluna toxunulması nəzərdə tutulub. Eyni zamanda sənədli filmdə ədəbi, mədəni, elmi və ictimai fikir mühitinin görkəmli nümayəndələri olan Şuşa ziyalıları, Şuşa mədəniyyətinin Azərbaycan, eləcə də dünya mədəni irsinə verdiyi töhfələr, şəhərin tarixi-dini ibadət yerləri, işğala və vandalizmə məruz qalması, işğaldan azad olunması, həmçinin bərpa-quruculuq işlərinin başlanılmasından bəhs edilməsi planlaşdırılır.
6 may tarixindən etibarən başlayan müsabiqəyə son müraciət tarixi 2022-ci il 8 iyunda saat 00:00-da bitəcəkdir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab ediləcəkdir.
Müsabiqəyə qəbul şərtləri ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.etender.gov.az/competition/open-tenders
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.