AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Senatı Amerika qoşunlarının İranla mümkün münaqişədən çıxarılmasını nəzərdə tutan qətnaməni rədd edib.

  • + A
  • - A
  • Dünən, 23:31

    ABŞ Senatı Amerika qoşunlarının İranla mümkün münaqişədən çıxarılmasını nəzərdə tutan qətnaməni rədd edib.


    ABŞ Senatı Amerika qoşunlarının İranla mümkün münaqişədən çıxarılmasını nəzərdə tutan qətnaməni rədd edib.

    ABŞ Senatı prezident Donald Trampın Konqresin açıq icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsinin qarşısını almağı nəzərdə tutan qətnaməni cüzi səs fərqi ilə qəbul etməyib.

    NBC News-un məlumatına görə, qətnamə 49 lehinə, 50 əleyhinə səslə rədd olunub. Sənəd qəbul edilsəydi, prezident ABŞ hərbi qüvvələrini yalnız Konqres tərəfindən müharibə elan edildiyi və ya hərbi gücdən istifadə üçün xüsusi icazə verildiyi halda İrana qarşı döyüş əməliyyatlarında saxlaya bilərdi.

    Qətnamənin lehinə 46 demokrat senatorla yanaşı, üç respublikaçı senator – Men ştatından Syuzan Kollinz, Alyaskadan Liza Murkovski və Kentukkidən Rend Pol səs verib.

    Sənədə qarşı çıxan yeganə demokrat senator Pensilvaniyanı təmsil edən Con Fetterman olub.

    Respublikaçı senator Miç Makkonnell isə ötən ay evində yıxılaraq xəsarət aldığı üçün bərpa prosesini davam etdirdiyindən səsvermədə iştirak etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR