AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

  • + A
  • - A
  • 27-05-2022, 16:52

    İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

    4 və 5 iyun 2022-ci il tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!
    İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
    Dövlət İmtahan Mərkəzi 4-5 iyun tarixlərində I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
    İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.
    Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
    “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
    Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
    - İmtahana buraxılış vərəqəsi;
    - Şəxsiyyəti təsdiq edən sənədin əsli:
    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
    - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR