AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqların müdafiəsinə qoşulmaq hər birimizin borcudur

  • + A
  • - A
  • 1-06-2022, 07:30

    Uşaqların müdafiəsinə qoşulmaq hər birimizin borcudur

    Məşhur Məmmədov,
    Millət vəkili

    1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
    Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
    Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
    Uşaq hüquqları, ümumilikdə, insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nın 1989-cu il noyabrın 20-də qəbul etdiyi Konvensiyada öz əksini tapıb. Bu Konvensiya uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüququnu təsbit edib və dövlətlərin üzərinə bu öhdəlikləri qoyub. Azərbaycan da beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi bu Konvensiyaya qoşulub və ondan irəli gələn öhdəliklərini də digər qanunlarda təsbit edib. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu Qanun həm konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir.
    Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR