AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt məktəbliləri idman sahəsində 561 medal qazanıb

  • + A
  • - A
  • 13-06-2022, 12:22

    Paytaxt məktəbliləri idman sahəsində 561 medal qazanıb

    2021-2022-ci tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 253 qızıl, 112 gümüş, 196 bürünc olmaqla, ümumilikdə 561 medal əldə ediblər. Bu barədə Azadmedia.az-a Bakı Şəhər Baş.Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
    Beynəlxalq arenada fərqlənən məktəblilər:
    Paytaxt məktəblisi - 82 nömrəli tam orta məktəbin şagirdi Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb. Dünya çempionu olan K.Kazımov bu qələbəsinə görə diplom, medal və kuboka layiq görülüb;
    Paytaxtdakı 76 nömrəli tam orta məktəbin şagirdi Ruzanna Məmmədova Macarıstanın paytaxtı Budapeşt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında II yeri qazanıb;
    Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında 283 nömrəli tam orta məktəbin şagirdi Xəyal Əliyev bütün rəqibləri üzərində qalib gələrək I yerə layiq görülüb. X.Əliyev bu qələbəsinə görə qızıl medalla təltif olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR