AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt məktəbinin məzunu çempion oldu

  • + A
  • - A
  • 21-06-2021, 15:36


    Bakı məktəblisi Bolqarıstanda keçirilən beynəlxalq yarışda Avropa çempionu adını qazanıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 35 nömrəli tam orta məktəbin builki məzunu Fərid Baxışlı Bolqarıstanda keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında erməni idmançını məğlub edərək I yerə çıxıb.

    20 ölkə təmsilçisinin qatıldığı yarışda Fərid Baxışlı 55 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək qızıl medala layiq görülüb, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

    Bu, Fərid Baxışlının ilk uğuru deyil. Bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda 5 medal qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR