AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatların işdən qovulması xəbərinə BDU-dan rəsmi açıqlama

  • + A
  • - A
  • 26-08-2022, 00:35

    Deputatların işdən qovulması xəbərinə BDU-dan rəsmi açıqlama

    Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.
    Əmrin surəti sosial şəbəkələrdə paylaşılıb, adlar rezonansa səbəb olub.
    Belə ki, əmək müqaviləsinə xitam verilənlər sırasında Baş nazirin müavini Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, sabiq təhsil naziri Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər tanınmış şəxslər var.
    Məsələ ilə bağlı Azadmedia.az Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva ilə əlaqə saxladı. Kəmalə xanımın açıqlamasını təqdim edirik:
    "Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir. Bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR