AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda meriyanın əməkdaşları rüşvət almaqda təqsirli bilinib

  • + A
  • - A
  • 26-02-2024, 22:31

    Gürcüstanda meriyanın əməkdaşları rüşvət almaqda təqsirli bilinib

    Gürcüstanda meriyanın iki əməkdaşı külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Onları uzunmüddətli həbs cəzası gözləyir.
    Gürcüstanda meriyanın iki əməkdaşı qabaqcadan əlbir olaraq külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Hadisə Sameqrelo-Zemo Svaneti bölgəsində yerləşən Tsalenjixa rayonunda baş verib.

    İstintaqın məlumatına görə, meriya əməkdaşları Cvari kəndində 550 kvadratmetr sahəni hərraca çıxarıblar. Bunun müqabilində isə vətəndaşdan 20 min lari (təxminən 7,7 min dollar) məbləğində rüşvət tələb ediblər.

    Faktla bağlı araşdırma aparılır. Meriya işçilərini 7 ildən 11 ilə qədər həbs gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR