AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İştirakçılar əlilliyi olan insanlarla işin uğurlu strategiyaları haqqında öyrənə biləcəklər” - QHT sədri

  • + A
  • - A
  • 28-02-2024, 11:53

    "İştirakçılar əlilliyi olan insanlarla işin uğurlu strategiyaları haqqında öyrənə biləcəklər” - QHT sədri

    “Müasir cəmiyyətdə əlilliyi olan insanların məşğulluğu getdikcə aktual mövzuya çevrilir. Müxtəlif işəgötürənlər - dövlət qurumları, kommersiya təşkilatları və qeyri-kommersiya təşkilatları ilə əlilliyi olan şəxslər üçün iş tapmaq çətin bir işə çevrilir”.


    Bu sözləri “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Əhəd Kazımov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Əlillik Məsələləri üzrə Ekspert Aydın Xəlilovla birgə əməkdaşlıq nəticəsində “Əlilliyi olan insanların məşğulluq sahəsində bərabər imkanlarının təmin edilməsi” layihəsində əlilliyi olan şəxslərin məşğulluğu sahəsində Azərbaycanın qanunvericilik bazasının öyrənilməsi və təhlili, məşğulluğa inklüziv yanaşmanı uğurla tətbiq edən və bütün namizədlər üçün bərabər şərait yaradan işəgötürənlərlə müsahibələr təqdim olunacaq: “İştirakçılar inklüziv təcrübələrin konkret nümunələri, əlilliyi olan insanlarla işin uğurlu strategiyaları və metodları haqqında öyrənə biləcəklər. İki ay ərzində dövlət qurumlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının nümayəndələri ilə müsahibələr apardıq. Müsahibənin məqsədi gənclərin məşğulluğu sahəsində əsas tendensiyaları və problemləri müəyyən etmək olub. Dövlət məmurları ilə müsahibələr zamanı müəyyən etdik ki, onların əksəriyyəti problemi əlillər arasında lazımi bacarıq və iş təcrübəsinin olmamasında görür”.

    QHT sədri həmçinin bildirib ki, bir çox dövlət qurumları gənc mütəxəssislər üçün təcrübə və proqramlar təqdim etməyə hazırdır: “Kommersiya təşkilatlarının nümayəndələri qeyd ediblər ki, ən çox iş təcrübəsi olan və xarici dilləri bilən mütəxəssislər tələb olunur. Bununla belə, onlar təcrübə və ya staj keçmiş sağlamlıq imkanları məhdud gəncləri işə qəbul etməyə hazır olduqlarını da bildiriblər”.

    Qeyd edək ki, QHT sektorundakı işəgötürənlər yumşaq bacarıqların və komanda işinin vacibliyini vurğuladılar. Onlar qeyd ediblər ki, əlilliyi olan şəxslər seçdikləri sahədə inkişaf etmək üçün lazımi bacarıqlara və istəklərə malik olduqda onları işə qəbul etməyə hazırdırlar. Müsahibələrin nəticələrindən sağlamlıq imkanları məhdud olan gənclər və böyuklərin məşğulluq sisteminin təkmilləşdirilməsi və müxtəlif sahələrdə işləməyə cəlb edilməsi üçün tövsiyələrin hazırlanması üçün istifadə olunacaq.

    Bu layihə çərçivəsində fəaliyyətlərə daxil olan əsas aspektlər:

    1. Əlilliyi olan şəxslərin məşğulluğu sahəsində Azərbaycanın qanunvericilik bazasının tədqiqi və təhlili

    2. Əlilliyi olan şəxslərin məşğulluğu sahəsində təcrübələri barədə dövlət qurumları, ticarət və QHT nümayəndələri ilə müsahibələr, habelə onların həlli yollarının, o cümlədən peşə hazırlığı, uyğunlaşma və iş yerində dəstək məsələlərinin müzakirəsi;

    3. Əlilliyi olan şəxslərin iş axtararkən qarşılaşdıqları aktual problemlərin, habelə onların həlli yollarının müzakirəsi;

    4. İnklüziv məşğulluq və işəgötürənlər və sosial xidmətlər arasında əməkdaşlıq sahəsində uğurlu halların və təcrübələrin nümayişi;

    5. Tədbir iştirakçıları arasında təcrübə və fikir mübadiləsinin aparılması, layihə iştirakçıları ilə digər maraqlı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi üçün dəyirmi masa;

    6. Əlilliyi olan şəxslərin məşğulluğu, sosial adaptasiyası və reabilitasiyası sahəsində mütəxəssislərin çıxışı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR