AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ƏHƏD CANƏHMƏDOVUN "MÜHƏNDİSLİK TƏFƏKKÜRÜNÜN TƏKAMÜLÜ" KİTABI ÇAPDAN ÇIXIB

  • + A
  • - A
  • Bu gün, 18:02

    ƏHƏD CANƏHMƏDOVUN "MÜHƏNDİSLİK TƏFƏKKÜRÜNÜN TƏKAMÜLÜ" KİTABI ÇAPDAN ÇIXIB

    ƏHƏD CANƏHMƏDOVUN "MÜHƏNDİSLİK TƏFƏKKÜRÜNÜN
    TƏKAMÜLÜ" KİTABI ÇAPDAN ÇIXIB

    (elmi-fəlsəfi traktat)

    XÜLASƏ
    Kitabda mühəndislik təfəkkürünün qədim zamanlardan bu günə qədər tarixi inkişaf mərhələləri kimi mürəkkəb məsələ haqqında qısa, sadə və maraqlı xülasə təqdim edilir. Mühəndislik təfəkkürünün inkişafı prosesində fizika və mexanika fənlərinin yeri və rolunun izahına diqqət yetirilir. Orta əsrlərdə Şərqdə və Avropada biliklərin formalaşmasında mühəndislik təfəkkürünün az öyrənilmiş mərhələləri təqdim edilir, bu təfəkkürün bütövlükdə dünya mədəniyyətinin yüksəlişi üçün əhəmiyyəti göstərilir. Traktatda Kainatı maraqlı edən məhz müasir informasiya texnologiyaları olduğu göstərilir və gələcəyə süni intellekt mövqeyindən baxılması üçün imkan yaradılır. Müəllifin məqsədlərini daha yaxşı başa düşmək üçün əlavədə xeyli sayda misal və məsələlərin izahlı həlli verilmişdir. Kitab mexanika və fizika sahəsində biliklərini genişləndirmək istəyən və mühəndisliyə maraq göstərənlər, eləcə də texniki universitetlərin bakalavr və magistrləri üçün nəzərdə tutulub. Bu vəsait “Mexanika mühəndisi” ixtisası üzrə “İxtisasa giriş” fənninə aid mühazirələr oxuyarkən, eləcə də elmin və texnikanın tarixi ilə maraqlanan hər kəs üçün faydalı ola bilər.

    MÜƏLLİF HAQQINDA
    Əhəd Canəhmədov – dünya şöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti və “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının baş redaktorun müavinidir. Xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 40-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 500-ə yaxın elmi məqalənin və patentin müəllifidir. Rusiyanın əməkdar mühəndisidir. O, «Elm Cəngavəri» rütbəsinə layiq görülüb. Elm və təhsil üzrə bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ, Almaniya və digər ölkələrdə nəşr edilib və beynəlxalq səviyyədə tanınıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Alimin xidmətləri xarici ölkələrin bir çox orden və medalları ilə qiymətləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR