Reuters dörd mənbəyə istinadən xəbər verir ki, ABŞ və Ukrayna faydalı qazıntılar üzrə saziş imzalamağa hazırlaşır. Mənbələrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp martın 4-ü axşam Konqresdəki çıxışı zamanı müşavirlərinə razılaşmanı açıqlayacağını deyib.
Agentliyin mənbələrinin xəbərdar etdiyi kimi, sövdələşmə hələ imzalanmayıb və vəziyyət “dəyişə bilər”.
ABŞ-ın vitse-prezidenti J.D.Vens daha əvvəl demişdi ki, fevralın 28-də razılaşmanın əldə edilməsi üzrə danışıqların uğursuzluğundan sonra Ukrayna nümayəndə heyəti ən azı bir dəfə danışıqları davam etdirməyə cəhd edib, lakin bundan imtina edilib.
“The Times” qəzeti Donald Trampın Vladimir Zelenskini təhlükəsizlik zəmanəti vermədən Ukrayna resurslarının satışı ilə bağlı sövdələşməyə məcbur etmək üçün Ukraynaya hərbi təchizatı dayandırmaq qərarına gəldiyini irəli sürüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.