AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib

  • + A
  • - A
  • Bu gün, 15:38

    Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib

     
    Baş prokuror Kamran Əliyev martın 4-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

    Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilən qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

    Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.


     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR