AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NETANYAHUDAN SƏRT XƏBƏRDARLIQ

  • + A
  • - A
  • Bu gün, 10:53

    NETANYAHUDAN SƏRT XƏBƏRDARLIQ


    İsrail qüvvələri Qəzza zolağında hücum əməliyyatlarını bərpa edə bilər.

    Bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrail Parlamentində etdiyi həyəcan dolu çıxışında bildirib.

    O, HƏMASa sərt xəbərdarlıq edərək, qalan girovları dərhal azad etməyə çağırıb, əks halda qruplaşmanın "təsəvvür edilməyəcək acı nəticələrlə" qarşılaşacaqlarınl bildirib.

    Bu açıqlama, İsrailin bu həftə ABŞ-nin yeni atəşkəs planını təqdim etməsi və Qazza zolağına mühasirə qoyaraq Haması bu planı qəbul etməyə məcbur etməyə çalışması fonunda verilib.

    İsrail bu planın yanvar ayında razılaşdığı planla eyni olmadığını bildirib.

    Netanyahu bu planı "Vitkoff təklifi" adlandıraraq, onun ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq elçisi Stiv Vitkoff tərəfindən hazırlandığını deyib.

    Yeni plana əsasən, Hamas qalan girovlarının yarısını atəşkəsin uzadılması və davamlı atəşkəs üçün danışıqların davam etdirilməsi vədi müqabilində azad etməli olacaq.

    Hamas isə İsraili mövcud razılaşmanı pozmağa çalışmaqda ittiham edib.

    Bildirilib ki, İsrail tərəfi əldə olunacaq yeni razılaşmada HƏMASın əsas tələbərini nəzərə almaqdan imtina edir.

    HƏMAS İsrailin Qəzza zolağını tam şəkildə tərk etməsini, saxladığı məhbusları azadlığa buraxmasını və müvəqqəti yox daimi atəşkəslə bağlı danışıqlar aparmasını tələb edir.

    Atəşkəsin altı həftəlik ilk mərhələsi çərçivəsində HAMAS 25 İsrail girovunu və digər 8 nəfərin meyitini qarşı tərəfə təhvil verib, İsrail isə 2000 fələstinli məhbusu azad edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR