Belə ki, Təzə Alvadı kənd ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilər tərəfindən köhnə Ələt-Astara magistral avtomobil yolunun rayonun Təzə Alvadı kəndində keçən 800 metrlik hissəsi işıqlandırılmış, Təzə Alvadı kənd ərazi nümayəndəliyinin daxili imkanları hesabına Meşəkənar kənd sakininə 80 manat dəyərində ərzaq yardımı göstərilmiş, Köhnə Alvadı kənd ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilər tərəfindən Ramazan Bayramı ilə əlaqədar aztəminatlı 53 ailəyə və şəhid bacısına ümumi dəyəri 3200 manata yaxın ərzaq yardımı olunmuş, Qızılavar kənd ərazi nümayəndəliyi tərəfindən şəhid Elşən Heybətovun doğum günü ilə əlaqədar məzarı ziyarət olunaraq əklil qoyulmuş, Yeyənkənd kənd ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilər tərəfindən 300 metr kənddaxili yol qreyderlənərək hamarlanmış, Bədəlan ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə Qızılavar kəndində yaşayan xəstə uşaqlı, aztəminatlı ailəyə ümumi dəyəri 85 manat olan ərzaq yardımı verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.