“Çıraq” Uşaq İnkişaf Mərkəzi 1 iyun tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” adlı layihəsinə başlayıb.QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Sumqayıt şəhər və Corat qəsəbəsindən olan 3-15 yaş arası 20 fiziki məhdudiyyətli uşağa sosial reabilitasiya xidmətləri göstərməklə onların cəmiyyətə inteqrasiya olunmasına dəstək olmaqdır. Xidmətlər sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri və s. sahələri əhatə edəcəkdir. Uşaq inkişafı sahəsindəki təlimləri ixtisaslaşmış mütəxəssislər aparacaqdı.
Layihə Sumqayıt şəhər və Corat qəsəbəsindəki çətin həyat şəraitində yaşayan ailələri əhatə edəcəkdi. Layihədə Sumqayıt şəhəri ilə yanaşı Corat qəsəbənin seçilmə səbəbi orda yaşayan əlilliyi olan uşaqların və ailələrin cəmiyyətdə həyata keçirilən bütün fəaliyyətlərdə iştirakını təmin etmək, əlillik sahəsində insanların iştirakını və məlumatlılıq səviyyəsinin artırımaq, bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Layihənin hədəf qrupları Sumqayıt şəhər və Corat qəsəbəsindən xidmətlərə cəlb olunacaq 3-15 yaşlarda 20 fiziki məhdudiyyətli uşaq və onların ailə üzvləridi. Seçilmiş ailələr əlilliyi olan uşağa sahib olmaqla yanaşı, əhalinin imtiyazlı təbəqəsindən olacaqdı. Bu ailələr- tək valideynli (qəyyumu, himayəçisi olan), birinin əlilliyi və ya xəstəliyi olan, digərinin daimi iş yeri olmayan və ya 2 və daha çox əlilliyi şəxs olan ailələrdi. Layihəyə cəlb olunmuş uşaqların bir qismi yeni təhsil ilində 1-ci sinfə gedəcək uşaqlardı. Bu uşaqların məktəbdən öncə reabilitasiyaya cəlb olunması onlarda özünəgüvən hissini artıracaq və təhsildə daha uğurlu nəticələr əldə etməyə kömək edəcəkdir. Ümumiyyətlə, layihəyə cəlb olunmuş ailələrdəki uşaqlar heç bir yerə çıxışı olmayan uşaqlardır. Məqsəd bu uşaqların cəmiyyətdə həyata keçirilən fəaliyyətlərdə onların bacarıqlarına uyğun iştirakını təmin etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.