AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elvin Abbasov: "Gələcəkdə dilimizi təhlükə gözləyir. Bizdə Bigdata formalaşmır"

  • + A
  • - A
  • 6-06-2024, 11:01

    Elvin Abbasov: "Gələcəkdə dilimizi təhlükə gözləyir. Bizdə Bigdata formalaşmır"


    Niyə bizdə Bigdata formalaşmır? Qurumlar niyə bu işdə maraqlı deyil? Azadmedia.az xəbər verir ki, İT mütəxəssisi Elvin Abbasov bu barədə sərt səslənsə də, cəsarətli açıqlama verib.

    İT mütəxəssisinin bildirdiyinə görə ölkəmizdə istər özəl, istər dövlət, heç bir qurum datasının həcmi barədə illər üzrə hesabat vermir, o ki qaldı bizdə Bigdata formalaşsın və öz data şəbəkəmiz yaransın. Qurumların "süni intellekt həlli yaratdım" dedikləri isə ChatGPT-nin API servislərinə qoşulmuş həlləridir. Biz ancaq xarici resursları bəsləyirik.
    E.Abbasov hesab edir ki, Süni intellektdə öyrədilməyən dillər gələcəkdə ancaq kitabxanalarda qalan funksionalsız dillər olacaq: "Bildiyiniz kimi biz süni intellektə promt yazanda o ingilis dilinə tərcümə edir, məlumatı axtarır sonra isə azərbaycancaya tərcümə edib bizə cavab verir. Belə getsək gələcəkdə dilimiz təhlükə altına girəcək. Çünki süni intellekti öyrədəcək heç bir resurs yaratmırıq. Ölkədə əldən-ələ gəzən dataset adında kiçik məlumat topluları isə Bigdata sayılmayacaq kiçik həcmli məlumat toplusudur".
    Sonda İT mütəxəssisi təəssüflə qeyd etdi ki, biz ölkə üzrə özəl vəya dövlətə aid data həcmini ancaq Dark web-dən alırıq.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR