Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində Şirvan Dövlət Peşə Liseyində maarifləndirici seminar keçirilib.QHT.az xəbər verir ki, tədbirdə Şirvan Peşə Liseyinin tələbələri iştirak ediblər. Layihə rəhbəri Əli Mirzəyev layihə haqqında ətraflı məlumat verib.
Seminar iştirakçılarının nəzərinə çatdırılıb ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların hərtərəfli inkişafını, ictimai həyatda fəal iştirakını təmin etmək, asudə vaxtlarının səmərəli təşkil etmək üçün səylər göstərmək, zərərli vərdişlərə qurşanmalarının qarşısını almaq, meşə zolaqlarının qorunması, bərpası, gələcəkdə bu meşələrdən turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi ilə əhalinin, gənclərin, məktəblilərin, ekoloqların səylərini dəstəkləməkdir.
Qeyd olunub ki, Şirvan şəhərində yeni parklar, yaşıllıq zonaları salınır, küçə və xiyabanların, parkların təmizliyinə və abadlığına daim diqqət edilir, lakin əhalinin təmizliyə riayət etməsinə tam nail olmaq üçün maarifləndirməyə böyük ehtiyac vardır və bu sahədə gənclər daha fəal olmalıdırlar.
Tələbələrdən Ç. Məmmədova, A. Həsənova, Ş. Şahmarov müzakirələrdə fəal iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.