“Hazırda Sumqayıt Tibb Mərkəzində ən müasir tibbi diaqnostik metodlardan istifadə edilir”.
Bu sözləri media-tur zamanı jurnalistlərə açıqlamasında Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov deyib.
O bildirib ki, son 5 ay ərzində Mərkəzdə kontraslı KT (kompüter tomoqrafiya) və EMQ (Elektromioqrafiya) müayinəsi də fəaliyyətə başlayıb, eləcə də tibb müəssisəsində MRT (maqnit-rezonans tomoqrafiyası) də vətəndaşların xidmətindədir.
E.Azadxanov əlavə edib ki, sözügedən istiqamətdə işlər davam etdiriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.