AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Rzazadənin növbəti kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 9-06-2024, 18:46

    Əli Rzazadənin növbəti kitabının təqdimat mərasimi keçirilib -




    Bakı, 9 iyun — Azadmedia.az

    08.06.2024-cü il tarixdə Axundov adına Azərbaycan Milli Kitabxanasında yazıçı Əli Rzazadənin yeni işiq üzü görmüş “Cənab Leytenant” adlı romanının təqdimat mərasimi keçirilib.

    Azadmedia.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov, Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov, akademik Nizami Cəfərov, Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, professor Asif Rüstəmli, ictimaiyyət nümayəndələri və yazıçılar iştirak ediblər.

    Belə ki, roman Vətən müharibəsi qəhrəmanı şəhid Teymur Feyruz oğlu Abbasovun xatirəsinə həsr olunub.

    Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas, yazıçı Əli Rzazadə çıxış edərək şəhidin döyüş yolundan, kitabın ərsəyə gəlməsinin səbəblərindən danışıb.

    Deputatlardan Ceyhun Məmmədov, Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov, akademik Nizami Cəfərov, Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov və professor Asif Rüstəmli müəllifin yaradıcılığı və “Cənab leytenant” kitabı haqqında təəssüratlarını bölüşüblər. Çıxışçılar həmçinin mövzunun olduqca əhəmiyyətli olduğunu vurğulayıblar.

    Nəzərinizə çatdıraq ki, tədbirin bədii hissəsindən sonra “imza saatı” keçirilib və nəşr olunmuş kitab oxucu auditoariyasına hədiyyə olaraq təqdim edilib.

    Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olmuş Teymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.
    Teymur Abbasov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılmış və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, Prezidentiin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

    Teymur Abbasov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olmuşdur.

    Şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
    Allah şəhidlərimizə rəhmət eləsin!






















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR