AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şagirdlərin TƏDQİQATÇILIQ fəaliyyəti akademiyanın işində önəmli yer tutur

  • + A
  • - A
  • 18-06-2024, 12:44

    Şagirdlərin TƏDQİQATÇILIQ fəaliyyəti akademiyanın işində önəmli yer tutur

    Cənubi Koreyanın Busan şəhərində istedadlı uşaqlar üçün “Super məktəb” 1991-ci ildə yaradılıb. 2005-ci ildən isə Koreya Elm Akademiyası (Korean Science Akademy) adı ilə fəaliyyət göstərir.

    Akademiya “uşaq universiteti” tipində riyaziyyat və dəqiq elmlər sahəsi üzrə ixtisaslaşıb. Burada ancaq yuxarı sinif şagirdləri təhsil alır. Bütün şagirdlər akademiyanın kampuslarında yaşayır və dövlət tərəfindən tam təmin olunurlar. Akademiaya qəbul yüksək müsabiqə şərtləri ilə keçirilir. Adətən 1 yerə 300 nəfər namizəd olur.

    Akademiyanın üstün cəhətlərindən biri də məzunların ali məktəblərə imtahansız qəbul olumalarıdır. Akademiyada tədrisin yüksək səviyyədə təşkli üçün hər cür şərait yaradılıb: hay-tek elmi zalı (yüksək texnoloji laboratoriyalar, astronomik teleskop, multimedia və ən müasir avadanlıqlarla təchiz olunmuş müxtəlif laboratoriyalar), oğlanlar və qızlar üçün ayrıca yaşayış binaları, qonaqlar və məktəbi ziyarət edənlər üçün qonaq evi, ümumi və elmi kitabxana, multimedia avadanlıqları ilə təchiz olunmuş dil mərkəzi, videokonfrans sistemi və s. akademiya şagirdlərinin ixtiyarındadır.

    Akademiyada dərs aparmaq üçün dünyanın müxtəlif ölkələrindən ən yaxşı müəllimlər dəvət olunur. Akademiyanın fəaliyyətində başlıca yeri şagirdlərin tədqiqatçılıq fəaliyyəti tutur. Şagirdlərin nüfuzlu konfrans və müsabiqələrdə iştirakları təmin olunur. Akademiyanın fəaliyyətini araşdırarkən diqqəti cəlb edən ən mühüm məqam ondan ibarətdir ki, uşaqlar hələ kiçik yaşlarından elmə maraq ruhunda böyüyürlər. Elm düşüncələrə hakim olur. Uşaqlar, onalr üçün yaradılmış mühitdə təbii olaraq elm və təhsilə həvəs göstərirlər. Elm və təhsil marağı formal deyil, təbii xarakter alır.
    Böyükağa Mikayıllı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR