AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

  • + A
  • - A
  • Bu gün, 10:03

    Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

    Bakıda avtomobilində avtomat gəzdirən taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib.

    1991-ci il təvəllüdlü V.Musayevin idarə etdiyi “Changan Qiyuan A05” markalı avtomobil Nizami rayonu Qara Qarayev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.

    Avtomobildə axtarış aparılarkən “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində açılmış işin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmədə bildirilib ki, V.Musayev əsasən Bakıya qonaq gələn ərəb turistləri avtomobili ilə gəzdirirmiş.

    O, Məhkəmənin hökmü ilə 1 il həbs cəzasına məhkum edilib. İstintaq müddətində ev dustağı olan taksi sürücüsü məhkəmə zalındaca qandallanaraq təcridxanaya göndərilib. (“Qafqazinfo”)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR