AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin ilk tədbiri keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 24-06-2024, 11:40

    "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin ilk tədbiri keçirilib - FOTOLAR

    Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihəsinin ilk tədbirini İmişli rayonunda fəaliyyət göstərən Şahmat məktəbində həyata keçirib.

    QHT.az xəbər verir ki, "Siz bizlərdən birisiniz" şüarı altında keçirilən tədbirdə İmişli rayon icra hakimiyyətinin rəsmisi Murad Rzayev, İmişli rayon təhsil şöbəsinin təmsilçisi fiziki məhdudiyyətli uşaqlarla təhsil üzrə mütəxəssis Fəridə Əsədli, Birliyin məsul şəxsləri və əlilliyi olan şəxslər iştirak ediblər. Tədbiri idarə edən layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsəd və ideyası haqqında geniş məlumat verib.

    Müxtəlif növ əlillik dərəcəsi olan şəxslərin cəmiyyətdə düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərinin təmin edilməsi üçün xüsusi məlumat verib. Tədbirdə iştirak edən fiziki məhdudiyyətli şəxslərin təhsilə bağlı suallara açıqlama verən İmişli rayon təhsil şöbəsinin rəsmisi Fəridə Əsədli bu cür uşaqlara fərdi dərslər və yeni yaradılmış inkluziv siniflərdə kimlərin təhsil ala biləcəyi barədə məlumat verib. Bu işlərin həyata keçirilməsində birbaşa iştirakçı olduğunu vurğulayıb.

    Birlik sədri və layihənin rəhbəri Yasəmən Qəyyumova tədbir iştirakçılarını dinləyib, onların cəmiyyətdən nə gözlədikləri və özlərinə məxsus bacarıqlar ilə cəmiyyətə necə inteqrasiyası ola biləcəkləri barədə sorğu aparıb. Bu sorğuya uyğun hər kəs maraq doğuran fikirlərini bildirib.

    Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyatlar süfrəsi açılıb, xatirə şəkilləri çəkilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR