AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Klinikada II Bakı Beynəlxalq Genetika Konfransı baş tutub

  • + A
  • - A
  • 24-06-2024, 14:14

    Yeni Klinikada II Bakı Beynəlxalq Genetika Konfransı baş tutub


    TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Genetika Konfransı baş tutub.

    Müxtəlif tibb müəssisələrini təmsil edən həkim və tibb tələbələrinin iştirak etdiyi konfransda Yeni Klinikanın direktoru Barat Yusubov, Azərbaycan Daxili Xəstəliklər dərnəyinin sədri t.ü.f.d. Dos.Dr. Təranə Tağızadə, Hitit Universiteti, Tibb Fakültəsi, Tibbi Genetika Kafedrasının dosenti Dr. Ayşe Feyda Nursal çıxış edərək genetikanın önəmindən bəhs ediblər.

    Yeni Klinikanın direktoru Barat Yusubov səhiyyənin inkişafı sayəsində həyata keçirilən genetik testlər sayəsində diaqnozu aydınlaşdırmaq və ya risk faktoru daşıyan bir sıra xəstəliklərin qarşısını almağın mümkün olduğunu bildirib. Direktor təşkil olunan II Bakı Beynəlxalq Genetika Konfransında çox aktual mövzulara toxulduğunu bildirərək konfrans iştirakçılarına uğurlar arzulayıb.

    Üç sessiyadan ibarət olan konfransda çıxışçılar tərəfindən hamiləlikdə genetik testlər və qohum evliliyi, genetik verifikasiya olunmuş süd vəzi xəstəlikləri, döş xərçəngi və genetik mutasiyalar, xromosomların say və struktur patologiyaları, qeyri-immun fetal hidropsun diaqnostikasında genetik testlərin rolu və s. mövzulara toxunulub.

    Maraqlı müzakirə və diskussiyalarla dava edən konfrans sual-cavab sessiyası ilə yekunlaşıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR