Xəbər verdiyimiz kimi Elvin Hətəmzadə ədliyyə nazirinin müşaviri təyin olunub.
Azərbaycan Respublikası Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
E.Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-nin Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
Elvin HətəmzadəE.Hətəmzadə ABŞ-nin Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-nin Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.
Nazim AbbasovAzadmedia.az-ın əldə etdiyi məlumata görə
Elvin Hətəmzadə bu yaxınlarda Ədliyyə Nazirliyində struktur dəyişmələri zamanı xidmətinə xitam verilən İstintaq idarəsinin rəisi Nazim Abbasovun kürəkənidir. Yaxın zamanlarda qayınatasını sözügedən vəzifədə E.Hətəmzadənin əvəz edəcəyi söylənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.