AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq bayramlarımıza həsr olunmuş doktorluq işi müdafiə edilib

  • + A
  • - A
  • 30-06-2024, 16:52

    Xalq bayramlarımıza həsr olunmuş doktorluq işi müdafiə edilib

    28 iyun 2024-cü ildə AMEA Folklor İnstitutununu Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Əlif oğlu Albalıyev “5719.01 – Folklorşünaslıq” indeksi üzrə filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları və etnokulturoloji semantikası” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.  
    Ş.Ə.Albalıyev dissertasiya mövzusu ilə bağlı olaraq çoxsaylı yerli və xarici jurnallarda məqalələr çap etdirmiş, konfranslarda məruzələr etmişdir. Həmçinin Azərbaycan və fars dillərində monoqrafiyaları nəşr olunmuşdur.  
    Nəzəri və təcrübi əhəmiyyətə malik olan dissertasiya çoxsaylı ədəbiyyat və folklor məlumatları əsasında araya-ərsəyə gəlmişdir. Qeyd edək ki, iddiaçı vaxtaşırı olaraq mətbuat səhifələrində də xalq yaradıcılığının müxtəlif istiqamətləri, o cümlədən xalq bayramları ilə bağlı çıxışlar etmişdir.
    İclasda iştirak edən Müdafiə Şurası üzvləri təqdim edilən doktorluq dissertasiyasının aktuallığını, elmi yeniliklərlə zəngin olduğunu qeyd edərək yekdilliklə iddiaçının lehinə səs vermişlər. 

    Aygün Musa qızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR