AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nizami rayonunda piyada səkiləri pivəxanalara satılır - Foto

  • + A
  • - A
  • 30-06-2024, 19:54

    Nizami rayonunda piyada səkiləri pivəxanalara satılır - Foto

    Yay fəsli gələndə müvafiq qurumlarla hansısa maraqlar qarşısında "anlaşma" yaranır, nəticədə piyada səkiləri, dayanacaqlar zəbt edilir. Ötən il piyada səkisi və dayanacaqları pivəxanalara çevirən ərazilərdən çox yazdıq. Tədbir görənlər də oldu, göstəri üçün 1 gün yığışdırıb, yenə fəaliyyətinə davam edənlər də. Sosial mediada yayılan fotolardan görünür ki, piyada səkisinin çayxana, pivəxanaya çevrilmə ənənəsi davam edir. Bu dəfə piyadalara səki Babək prospektində çox görülüb. Fotolardan da görünür ki, piyada səkisinin ortasında stol qoyub çayxana ediblər. Qapıda xaş, xingəl elanı varsa, pivə də var. Piyadalar da məcbur qalıb sürətlə şütüyən avtomobillərin yolu ilə gedir.

    Azadmedia.az xəbər verir ki, fotonun müəllifi Elyar İslamoğlunun yazdığına görə təxmini ünvan Babək prospekti 53-dir.
    İnanırıq ki, Nizami Rayon İcra Hakimiyyətində əlaqədar şəxslərin xəbəri yox idi, saytımız vasitəsilə xəbər tutub, piyadalara səki haqqı tanıyacaqlar.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR