AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaş-polis münasibəti yüksək səviyyədədir

  • + A
  • - A
  • 2-07-2024, 12:56

    Vətəndaş-polis münasibəti yüksək səviyyədədir

    Bu gün Azərbaycan Polisi Günüdür. Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun istər mediaya, istər hər bir vətəndaşa həssas yanaşması hər addımda hiss edilir. Məhz general-polkovnikin bu posta layiq görülməsindən sonra cəmiyyət arasında polisin nüfuzu xeyli yüksəlmiş, vətəndaş-polis münasibəti yüksək səviyyəyə qalxmışdır. Onun rəhbərliyi altında polis qüvvələrinin fəaliyyəti daha şəffaf və vətəndaşlara yönümlü olub. Cəmiyyətlə polis arasında yaranan qarşılıqlı anlaşma və inam, təhlükəsizlik və ictimai nizamın qorunmasında mühüm rol oynayır.

    Bu gün Azərbaycan polisi vətəndaşa 1 zəng qədər yaxındır.
    Polislə cəmiyyət arasında normal körpünün yaranmasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin, xüsusilə polkovnik-leytenant Elşad Hacıyevin xidmətləri danılmazdır. Elşad Hacıyev, DİN mətbuat xidmətinin rəhbəri olaraq, media ilə polisin əlaqələrinin gücləndirilməsində və ictimaiyyətin düzgün məlumatlandırılmasında vacib rol oynayır. Onun operativ və şəffaf informasiya təminatı, vətəndaşların hüquq-mühafizə orqanlarına olan etimadını artırır.

    Mətbuat xidmətinin fəaliyyəti, sutkanın istənilən saatı mediaya açıq olması təxribat xarakterli xəbərlərin qarşısını alır, polisin cəmiyyətlə qarşılıqlı əlaqəsini daha da möhkəmləndirir. Müasir dövrdə informasiya axınının sürətlə yayıldığı bir zamanda, polisin fəaliyyətinin düzgün və obyektiv işıqlandırılması vacibdir. Bu, həm də vətəndaşların təhlükəsizlik məsələlərində daha məlumatlı və diqqətli olmalarına kömək edir.

    Hörmətli nazir Vilayət Eyvazov və Elşad Hacıyev kimi şəxslərin liderliyi və fədakarlığı, polisin cəmiyyətdəki imicini və funksiyasını daha da yüksəldir. Onların peşəkar yanaşması və insanlara qarşı göstərdikləri həssaslıq, cəmiyyətdə təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
    Azərbaycan polisi sabitliyimizin qarantıdır!
    Azərbaycan Polisi Günü münasibətilə, polisin cəmiyyətə verdiyi töhfələri və xidmətləri dəyərləndirərək, bütün polis əməkdaşlarını təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Onların danılmaz zəhməti nəticəsində cəmiyyətimiz daha təhlükəsiz və nizamlıdır. Polis insanların güvən yeridir. Vətəndaş hər addımda Azərbaycan polisinin diqqətini hiss edir. Sosial şəbəkələrdə sosial vəziyyətindən, yaşından, tutduğu mövqedən asılı olmayaraq vətəndaşların polislərə bayramları münasibətilə ünvanladıqları təbriklər, ürək sözləri bunun bariz nümunəsidir. Bayramın mübarək, Azərbaycan polisi!
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR