AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürüşmə və çökmə prosesləri qeydə alınıb

  • + A
  • - A
  • 3-07-2024, 14:11

    Sürüşmə və çökmə prosesləri qeydə alınıb

    Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

    Yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb. Azadmedia.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

    “Hazırda Agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR