AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəmiral niyə “bozqurd” işarəsi göstərib? – Özü açıqladı

  • + A
  • - A
  • 3-07-2024, 18:00

    Dəmiral niyə “bozqurd” işarəsi göstərib? – Özü açıqladı


    Türkiyə yığmasının üzvü Merih Dəmiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə aydınlıq gətirib.

    26 yaşlı oyunçu daha əvvəl tribunalarda da belə bir əl hərəkətinin gördüyünü deyib.

    “Türk olmaqdan qürur duyuram və bunu hər dəfə dilimə gətirməkdən çəkinmirəm. Qol sevincini də bu səbəbdən həmin əl işarəsi ilə qeyd etdim. Düşünürəm ki, hər şey normaldır. Azarkeşlərimiz bizimlə fəxr edir. İnşallah, alınsa, yenə bu cür sevinməyə davam edəcəyik”.

    Qeyd edək ki, UEFA futbolçunun hərəkətinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR