Ermənistanda canlı yayım zamanı dava baş verib.

İctimai Televiziyanın efirində qonaqlar arasında yaranan mübahisə fiziki qarşıdurma ilə nəticələnib.
Belə ki, hökumətyönlü bloger, “Respublika” Partiyasının üzvü Arutyun Mkrtçyan və müxalif “Politik.am” portalının redaktoru Boris Murazi arasında əvvəlcə sözlü mübahisə yaşanıb.
Sonradan tərəflər əlbəyaxa olublar.
Qeyd olunur ki, münaqişəyə Mkrtçyanın efirdə Murazinin yezidi əsilli olmasını qabartması, həmçinin onun və valideynlərinin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.