AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda xalq ayağa qalxdı - Ordu ilə əhali arasında toqquşma

  • + A
  • - A
  • 20-02-2017, 13:46

    İranda xalq ayağa qalxdı - Ordu ilə əhali arasında toqquşma

















    İranın Xuzistan əyalətində xalq ayaqa qalxıb

    Politika.Az xəbər verir ki, qum fırtınasından sonra elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Xalq meydanlara axışıb. Rəsmi Tehran bölgədə interneti qadağan edib və İran İslam İnqilabı Keşikçilərinin əsgərləri xalqa müdaxilə edib. Bu isə toqquşmaya səbəb olub.

    Qum fırtınası səbəbindən ərazidə maska taxmadan küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Ağ ciyər çatışmazlığı və nəfəsalma probleminə görə bir çox sakin xəstəxanalara yerləşdirilib. 11 rayonda məktəblər və rəsmi dövlət idarələri tətilə buraxılıb.

    Rejimi qorumaq üçün xalqa sərt müdaxilə etmək istəyən İnqilab Keşikçiləri toplaşan qrupu dağıtmaq istəsə də, yerli sakinlər tərəfindən döyülüb. Toqquşma zamanı bir nəfər nümayişçi həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR