“ABŞ Suriya və İraqda İŞİD terrorçularını tam məğlub edib” — Trampdan yeni bəyanat
ABŞ prezidenti Donald Tramp Suriyada və İraqda İŞİD terror təşkilatının tam məğlub olduğunu bəyan edib.
Bu barədə Tramp Ağ Evdə Amerikanın müdafiə fondunun büdcəsi barədə fərman imzalayarkən bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri qısa vaxt ərzində, çəkilən minimum xərc hesabına Suriya və İraqda İŞİD terrorçularını tam məğlub edə biliblər.
“Bildiyiniz kimi, biz Suriyada qalib gəldik, biz İraqda qələbə qazandıq, lakin onlar digər əyalətlərə yayılırlar. Biz terrorçuları hansı ölkəyə axın etdiyini izləyirik və onlara pis niyyətlərini həyata keçirtməyə imkan verməyəcəyik”, - deyə Tramp bildirib.
Tramp çıxışı zamanı onu da bildirib ki, terrorçularla mübarizə ondan əvvəlki rəhbər Barak Obamanın dövründən daha yaxşı və uğurlu aparılıb.