Qurbanlarını canlı-canlı yeyən Hannibal — ABŞ-ı silkələyən cinayət
ABŞ-ın Florida ştatında yaşayan 22 yaşlı tələbə Austin Harrofun psixoanaliz hesabatı üzə çıxıb.
“Ölkə.Az” xəbər verir ki, Austin 2016-cı ilin 15 avqust tarixində Mişel Mişkon və Con Stivens cütlüyünü işgəncə verərək öldürüb. Məlum olub ki, Harrof Conun üzünü qopararaq dişləyib və yeməyə çalışıb. Artıq bu cinayətin şübhəlisi olan Austin Hannibal ləqəbi ilə tanınır. Florida ştatında isə belə cinayətlərə görə ölüm hokmü də verilə bilər.
Psixoanaliz hesabatına əsasən, Austin özünü Həzrəti İsa zənn edib. Bundan başqa İluminati kimi qruplarla əlaqəsi olduğunu, şeytanı gördüyünü deyib. Hesabatda qeyd edilir ki, Harrof cinayətdən əvvəl də insan əti yemək istədiyini deyib.