AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“… azad olunacaqdı” – Səddam Hüseynin edamına qərar verən hakim danışdı

  • + A
  • - A
  • 4-07-2019, 09:41

    “… azad olunacaqdı” – Səddam Hüseynin edamına qərar verən hakim danışdı

    İraqın devrilmiş prezidentin Səddam Hüseynin edam olunmasından 13 ildən çox vaxt keçir.
    Avropa.info xəbər verir ki, BBC kanalı Səddam Hüseynin edamına qərar verən iraqlı hakimlərdən birindən aldığı reportajda Səddamın son anlarına dair detalları paylaşıb. İraqlı hakim Munir Haddad qərarın necə verilməsi və icra olunması haqda danışıb.

    – Nuri əl Maliki hökuməti ilə məsləhətləşmə aparılırdı. Səddam Hüseynin edam qərarı necə verildi?

    – Apelyasiya məhkəməsi kimi 9 üzvdən ibarət idik. Qərarın təsdiqi üçün 9 üzv arasında səsvermə aparılması lazım idi. 23.12.2006-cı il tarixində Nuri əl Maliki Səddam Hüseynin edam olunacağını iraqlılara bəyan etdi. Nuri əl Maliki ilə dost idik. Məndən qərar haqda soruşdu. Mən də işin başa çatması üçün 1 ay lazım olduğunu dedim. Apelyasiya məhkəməsi yığışdı və uzun iclaslardan sonra 3 gün içində edam qərarı verdik.

    – 9 üzvün hamısı edam qərarını imzaladı?

    – 9 üzvdən yeddisi edam qərarını imzaladı. Digər iki üzv isə yayındı.

    – Amerikalıların edam qərarına təsiri oldumu?- Qətiyyən xeyr. Təsirləri olmadı. Amerikalılar və ingilislər məhkəmədə konsultant kimi iştirak edirdilər. İraq Cinayət Məhkəməsi İraq Ali Məhkəməsindən ayrı qurumdur, başqa məhkəmədir.

    – Amerikalı və ingilis konsultantlar məhkəmədə iştirak edirdilər?

    – Bəli, var idilər.

    – Bəs, onların vəzifəsi nə idi?

    – Onlar sadəcə maaşlarını alırdılar. Bir çox məhkəmədə, Lahey məhkəməsində kurs keçdik. Beynəlxalq qanunlar haqda dərs aldıq. Beynəlxalq Cinayət Məhkəməsi İraq Cinayət Məhkəməsindən fərqlidir. Belə ki, Səddam Hüseyn İraq qanunlarına görə mühakimə olunsaydı, azad olunardı. Biz də onun beynəlxalq hüquq əsasında mühakimə etdik. Qanunları ingiliscədən ərəbcəyə tərcümə etdik. Bu məsələdə iraq əsilli ingilis vəkil Sami Şələbinin rolu böyükdür.

    – Nuri Malikinin “sağ əli” İzzət Şehbandarın sözləri haqda nə deyəcəksiniz?

    – Nuri Malikinin “sağ əli” İzzət Şehbandar “Səddam ABŞ hərbçilərinin nəzarətində idi, daha sonra iraqlılara verildi. Prezident Buş ilə görüşdüm. Körfəz ölkələri və ABŞ-ın təzyiqlərindən danışdım. Buş isə mənə “Onu bu gün edam edin” dedi və edam həyata keçirildi” demişdi. Bunlarln hamısı şişirdilib və düzgün deyil. Nə ABŞ, nə də Körfəz ölkələrinin təzyiqi olub.

    – Səddamın edamı iraqlıların qərarı idimi?

    – Tamamilə iraqlıların qərarı idi. Edam qərarını mən və iraqlı hakimlər verdi.

    – Edamın həyata keçirildiyi gün siz də məhkəmədə idiniz. Nəyin şahidi oldunuz?

    – Səddam Hüseyn cinayətkar idi və mən ailəmdən davamlı olaraq onun cinayətləri haqda eşidərdim. Səddam insanları şəxsən öldürürdü. Məhkəmə günü Səddamın üzündən qorxduğu görünürdü.

    – Səddam Hüseyn bayram gecəsi edam edildi. Kədərlənmədinizmi? Və yaxud nələr hiss etdiniz?

    – Səddamın edam olunması ilə bağlı heç bir narahatlığım yox idi və heç nə hiss etmədim. Biz bu qərarı verərkən, ondan intiqam almaq üçün etmədik. Qərarımızın arxasında məzhəb düşüncəsi yox idi. Səddam özünün sünni olduğunu deyirdi, amma o, bir gün belə sünni olmadı. Əsl diktator idi.

    – Məhkəmə salonunda kimlər var idi? Səddamın son sözləri nə idi?

    – Son sözləri qızına baxmamı istədi və şəhadət gətirdi. İki dəfə şəhadət gətirdi. İkinci şəhadəti gətirdiyi əsnada edamı həyata keçirildi. Edamdan sonra da cəsədini ailəsinə verdik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR