AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Köçəryan: “Mən qaçıb gizlənən adam deyiləm, yoxsa azərbaycanlılar indi Xankəndidə çay içərdilər

  • + A
  • - A
  • 18-09-2019, 09:43

    Köçəryan: “Mən qaçıb gizlənən adam deyiləm, yoxsa azərbaycanlılar indi Xankəndidə çay içərdilər

    Bu gün Ermənistanın ikinci prezidenti Robert Köçəryan üzərində məhkəmə prosesi keçirilib.

    Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, keçmiş prezident vəkillərin onu zaminə buraxmaq barədə vəsatətini dəstəklədiyini bildirib.

    Robert Köçəryan təcridxanada saxlanılmasının qanunsuz olduğunu söyləyib və istintaqdan gizlənməyə, habelə ölkədən qaçmağa can atmadığını deyib.

    “Əgər gizlənən adam olsaydım, indi azərbaycanlılar Xankəndidə çay içirdilər. Bundan başqa, istintaqa təsir göstərəcək heç bir təzyiq vasitəm yoxdur. Əlinizdə 2008-ci ilin 1 mart hadisələri ilə bağlı mənimlə əlaqədar cəmi 2-3 epizod var…” – deyə Robert Köçəryan hakimə səslənib.

    Onun sözlərinə görə, bunlardan biri həmin ilin fevralın 23-də Ali Hərbi Şuranın iclasıdır. İkincisi isə ölkədə fövqaladə vəziyyət elan etməklə bağlı o dövrdə paralment spikeri olmuş Tiqran Torosyan, baş nazir Serj Sərkisyan, polis rəisi Ayk Arutunyanla apardığı müzakirələrdir.

    Qeyd olunur ki, fevralın 23-də keçirilən iclasın iştirakçılarından biri, hazırda baş nazir Nikol Paşinyanın müşaviri olan general-mayor Arşak Karapetyan istintaqa Robert Köçəryanın orada şifahi şəkildə fövqaladə vəziyyət elan etdiyini bildirib.
    Ermənistanın keçmiş dövlət başçısı onun ifadəsini absurd adlandırıb.

    Robert Köçəryan zaminə çıxmaq üçün girov məbləğini də ödəyəcəyini, lakin bunun üçün özünün və ailəsinin bank hesabları üzərindən həbsin götürülməsini istəyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR