AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

  • + A
  • - A
  • 18-09-2019, 13:30

    Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

    Ölmüş adamın bədəni ölümündən il yarım sonra belə hərəkət etməyə davam edir. Bunu Avstraliya alimləri iddia edir.

    Araşdırmalar Avstraliyada tafonomik eksperimental tədqiqatlar mərkəzində aparılıb. Mərkəzin adının baş hərflərindən götürülmüş abreviaturası (Australian facility for taphonomic experimental research) isə böyük məna kəsb edir – AFTER (SONRA).

    “Vesti Medisina” portalının verdiyi məlumata görə, onlar 17 ay ərzində bir cəsədin parçalanma prosesini lentə alıblar.

    Qeydə alınmış görüntülər həssas insanları şoka sala bilər: sözügedən aylar ərzində meyit davamlı şəkildə hərəkət edib.

    İnsanların cəsədə olan ilkin və ümumi reaksiyası “böyük iyrənclikdir” olub. Koqnitiv antropoloq Paskal Buaye bütün məlum mədəniyyətlərdə ölü cəsədlərinin çirkli, murdar olması fikrinin təqdim olunduğunu açıqlayıb.

    İnsanlar bu dəhşətli obyektdən onu torpaq, od və ya dənizə verərək ən qısa zamanda qurtulmağa çalışırlar. Bu, bədənin parçalanma prosesinin ilk dəfə yalnız XXI əsrdə ətraflı şəkildə sənədləşdirildiyini izah edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR