ABŞ-ın Fələstin-İsrail konfliktinin həlli ilə bağlı təklif etdiyi “Əsrin müqaviləsi”ndə ATƏT-in analoqu olan Yaxın Şərq üzrə Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılması nəzərdə tutulur.
Bu məlumat Ağ Evin yayımladığı sənəddə yer alıb.
“Fələstin dövləti, Misir Ərəb Respublikası, İordaniya Haşimi Krallığı, İsrail dövləti Yaxın Şərqdə Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yaratmalıdırlar. Təşkilatın mandatı konflikt haqqında əvvəlcədən xəbərdarlığı, konfliktlərin qarşısının alınmasını və böhranlı idarəetməni özündə ehtiva etməlidir”, – deyə o bildirib. (axar.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.