ABŞ-ın “Google” şirkəti Çin, Honkonq və Tayvandakı ofislərini koronavirusla əlaqədar müvəqqəti olaraq bağlayır.
Report xəbər verir ki, Çində “Google” axtarış sisteminin qadağan olunmasına baxmayaraq, şirkətin ofisləri orada öz reklam biznesləri üçün satış və layihə düzəltmə ilə məşğuldurlar.
Qeyd edək ki, “Google” şirkəti ilə yanaşı, “Microsoft” və “Amazon” da yoluxucu virusun qarşısını almaq üçün analoji tədbirlər görüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.