Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, tərəflər Qarabağla bağlı razılaşmaların icrası məsələsini müzakirə ediblər.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatının, habelə 2021-ci il yanvarın 11-də Moskvada keçirilən üçtərəfli zirvə görüşü zamanı əldə olunan razılaşmaların tətbiqinin praktik aspektləri müzakirə edilib”, - deyə Kremlin məlumatında bildirilir.
Qeyd edilib ki, Putinlə Paşinyan, həmçinin hərbi əsirlərin qaytarılması məsələsinə də toxunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.