Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Bundan başqa, Putinlə Ərdoğan hərbi-texniki sahədə əməkdaşlıq məsələsini müzakirə ediblər.
Prezidentlər 28-29 iyun tarixlərində Yaponiyada keçiriləcək G20 sammitində ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.