2020-ci ildə koronavirus pandemiyası böyük silah istehsalçılarının gəlirinin azalmasına səbəb olmayıb.
Bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında yer alır.
Məlumatda qeyd edilir ki, böyük hərbi ləvazimat istehsalçıları ardıcıl 6 ildir satışları artırır. 2020-ci ildə silah sektorundakı 100 böyük şirkətin dövriyyəsi 531 milyard dolları keçib ki, bunun da yarısı ABŞ-ın payına düşür.
2020-ci ildə qlobal iqtisadiyyatın 3% kiçilməsinə rəğmən, silah satışları 1,3% artıb. APA
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.